IqtisadiyyatTəqdimat

Nigar Arpadarai: Separatizm və ərazi iddiaları son onilliklərdə qitəmizin təhlükəsizlik sisteminə ən böyük təhdidlərdir

Avropa Şurası yaranandan ən böyük hərbi münaqişənin qaynar mərhələsini yaşayırıq. Avropa Şurasının coğrafiyası dəyişib. Rusiyanın bu mötəbər təşkilatdan kənarlaşdırılmasından sonra başqa Avropa Şurası ilə yaşayırıq. Necə irəliləyəcəyimizlə bağlı çox açıq müzakirədən qaça bilmərik. “Yeni Avropa təhlükəsizlik sistemi, yeni qanun və qayda necə olacaq” kimi suallara cavab axtarmalıyıq.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai qurumun yaz sessiyası çərçivəsində keçirilmiş sərbəst debatlarda deyib. Deputat bildirib ki, hərbi separatizm və digər ölkələrə qarşı ərazi iddiaları son onilliklərdə qitəmizin təhlükəsizlik sisteminə ən böyük təhdidlər olub. Bu amillər münaqişələrə, dağıntılara, müharibələrə, insan haqlarının kütləvi şəkildə pozulmasına, ekstremizmə, terrora səbəb oldular. Yeni Avropada bu, fərqli olmalıdır. Avropa Şurasına üzv olan bütün ölkələr oxşar təminatlara malik olmalı və xalqlarımızı xarici təcavüzdən, təcavüzkar hərbiləşdirilmiş separatizmdən, ərazi iddiaları və separatizm kimi daxili təhdidlərdən səmərəli müdafiəsini təmin edən bütün mexanizmlərdən istifadə edə bilməlidirlər.

“Avropa Şurası və ya ATƏT kimi təşkilatların öz mandatını yerinə yetirə bildiyi Avropaya sahib olmaq istəyiriksə, bütün ölkələrdə bu prinsipləri müdafiə etməliyik. Qeyri-qanuni yollarla separatizmi dəstəkləyən üzvlər və ya şəxslər üçün aydın sanksiya mexanizmi olmalı, bütün üzvlərin digər ölkələrdə separatizmi dəstəkləməmək öhdəliyi olmalıdır. Çox vaxt separatizm qonşu ölkəni işğal etmək və ya zəbt etmək üçün bəhanə kimi istifadə olunur. Bunu görməmək qeyri-mümkündür. Bunu düzəltmədən bütöv və təhlükəsiz Avropanı davam etdirə bilməyəcəyik”, – deyə N. Arpadarai bildirib.

Qeyd olunub ki, Avropada təhlükəsizlik və qanunun aliliyini yaratmadan, insan hüquqları məsələsi inkişaf etdirilməyəcək, ölkə əhalisinin insan hüquqlarını təşviq etmək və qoruya bilmək üçün öz ərazi bütövlüyünü qoruyub saxlamalıdır, bunlar bir-birindən asılı məsələlərdir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!