Sentyabrın 07-dan-10-dək Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Rusiyanın “Kinofest” Prodüser Mərkəzi və Nizami Kino Mərkəzinin təşkilatçılığı ilə Rusiya Kino Günlərinin açılış mərasimi keçiriləcək .
Açılış mərasimində Rusiya kinematoqrafiyasının simaları və “Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək.
Açılış mərasiminin rəsmi hisssindən sonra rejissor Serqey Mokritskinin 2018-ci ildə istehsal olunmus fentezi janrında çəkdiyi “Çernovik” bədii filmi nümayiş olunacaq.
Qeyd edək ki, Kino Günləri çərçivəsində sentyabrın 08-də rejissor Yekaterina Teleqinanın, azərbaycan aktyorlarınında yer aldığı komediya janrında çəkdiyi “Kilimandjara” filmi, sentyabrın 09-da rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi “Trener” filminin, sentyabrın 10-da Klim Şipenkonun dram janrında çəkdiyi “Salyut – 7” bədii filmi şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.
Nizami kino Mərkəzində Rusiya Kinosu həftəsi çərçivəsində nümayiş olunacaq filmərin seansları hər gün saat 18 : 30-da kinomərkəzin böyük zalında başlayacaq.