MədəniyyətTəqdimat

Nərmin Kərimbəyovadan “Müstəqil Azərbaycan!”

Müğənni Nərmin Kərimbəyova repertuarında olan vətənpərvər tərzdə mahnılarına birini də əlavə edib.

Frame.az OLAY.AZ-a istinadən yazır ki, “Müstəqil Azərbaycan” adlı yeni mahnı müğənninin rəsmi “Youtube” kanalında paylaşılıb.

Mahnının sözləri Xalq şairi Vahid Əzizə, musiqisi isə tanınmış bəstəkar İsmayıl Əsədova aiddir. Klipi isə Murad Quliyev ərsəyə gətirib.

N.Kərimbəyova bildirib ki, mahnı üzərində bir ilə yaxındır çalışıblar.

Qeyd edək ki, sənətçinin iki il öncə təqdim etdiyi “Atəş” adlı ifası 44 günlük müharibə dönəmində ən çox səsləndirilən və dinlənilən mahnı olub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!