Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə“İdeyadan Biznesə” layihəsi çərçivəsində birgə keçirdiyi startap turları davam edir. Növbəti startap turu 8 iyun 2018-ci il tarixində saat 09:00-dan 17:00-dək Quba şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək. Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, “Microsoft” şirkətinin təşkilatçılığı, “Azercell” şirkətinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşlığıilə baş tutan startap turlarında iştirak etmək üçün http://www.i2b.az saytında qeydiyyatdan keçmək zəruridir.
Quba şəhərində keçiriləcək startap turuna ətraf rayon və şəhərlərdən olan iştirakçılar da qatıla bilər. Məlumat üçün bildirək ki, Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri Azercell Telekom və təşkilatçılar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi-Konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər. Qeyd edək ki, startap turları regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap komandaları və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradacaq.
Qeyd edək ki, Azercell 2009-cu ildə yaratdığı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti çərçivəsində Azərbaycanda biznes innovasiyasını artırmaq, rəqəmsal və sahibkarlıq ekosistemini inkişaf etdirməyə yönəlmiş layihələrə dəstək verir. Əsas məqsədi startupların öz bizneslərini qurmasına, müasir xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə kömək etməkdə olan Barama Mərkəzi 2015-ci ildən etibarən ölkənin aparıcı şirkətlərindən biri olan PAŞA Bank tərəfindən dəstəklənir. 9 il ərzində Baramada 80-dən çox layihə fəaliyyətə başlayıb ki, onlardan 20-si hazırda müstəqil şirkətlərdir.
Frame.az