Mobil dünyaTəqdimat

Növbəti üç ildə şirkətlər kibertəhlükəsizlik büdcəsini 14% artırmağı planlaşdırır

Kaspersky illik “Biznesin İnformasiya Təhlükəsizliyi” sorğusunu* yekunlaşdırıb və şirkətlərin kibermüdafiə üçün hazırda nə qədər xərclədiyini və gələcəkdə nə qədər xərcləməyi planlaşdırdığını təhlil edib. 

Belə ki, ABŞ və Kanadada 2022-ci ildə kiçik təşkilatlarda İT üçün büdcə** 750 min dollar ***, kibertəhlükəsizlik üçün isə 350 min dollar təşkil edib. İri şirkətlərdə bu göstəricilərin müvafiq olaraq 17,250 milyon və 3,750 milyon dollar olduğu müəyyən edilib. Yaxın üç ildə kiçik və orta biznes kibertəhlükəsizlik xərclərini 14%, korporasiyalar isə 13% artırmağı planlaşdırır.

META regionunda (Yaxın Şərq, Afrika və Türkiyə) 2022-ci ildə kiçik təşkilatlarda İT üçün büdcə*** 375 min dollar***, kibertəhlükəsizlik üçün isə 150 min dollar təşkil edib. İri şirkətlərdə bu rəqəmlər müvafiq olaraq 18,5 milyon və 7,5 milyon dollar olub. Yaxın üç ildə kiçik və orta biznes kibertəhlükəsizlik xərclərini 15%, korporasiyalar isə 18% artırmağı planlaşdırır. 

Büdcə artımının əsas səbəbləri arasında şirkətin İT infrastrukturunun mürəkkəbliliyinin artması (KOB-lər üçün 52% və müəssisə səviyyəli şirkətlər üçün 57%), kibertəhlükəsizlik üzrə mütəxəssislərin səlahiyyətlərinin genişləndirilməsi zərurəti (KOB-lər üçün 44%, müəssisə üçün 46%) və geosiyasi amillərlə bağlı yeni risklərin (KOB üçün 36% və müəssisə üçün 39%) meydana çıxması yer alıb.

Sorğu iştirakçılarının (55%) fikrincə, biznes üçün əsas kibertəhlükəsizlik problemi məlumatların qorunmasıdır. Respondentlərin 43%-nin qeyd etdiyi ikinci ən vacib problem texnoloji baxımdan getdikcə daha da mürəkkəbləşən mühitlərin təhlükəsizliyinin təmin edilməsi xərcləridir. Üçüncüsü, bulud infrastrukturunun tətbiqi ilə bağlı olan problemlərdir (38%).

“Kibertəhlükəsizlik üçün büdcələrin artırılması qlobal tendensiyadır. Bunun səbəblər toplusu regiondan regiona dəyişə bilər, lakin ümumilikdə ölkələr bu sahənin əlavə maliyyə tələb etdiyi fikrini paylaşır. İndi şirkətlərin edə biləcəyi şey işçilərin rəqəmsal savadlılığını artırmaqdır. İşçilərə kibergigiyena bacarıqlarının öyrədilməsi, bu bacarıqların avtomatizm səviyyəsinə gətirilməsi insidentlərdən yaranan potensial itkilərin azaldılmasına və kibertəhlükəsizlik büdcələrinin daha səmərəli olmasına kömək edəcək itkisiz investisiyadır. Kaspersky Automated Security Awareness Platform onlayn platforması ən təcrübə yönümlü həll hesab olunur: o, nəinki bütün əsas İT təhlükəsizliyi mövzularını əhatə edir, həm də fişinq hücumu simulyatorundan istifadə edərək fişinqi necə tanımaq və dəf etməyi öyrənməyə imkan verir”, – deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirir.

Kibertəhlükəsizliyə edilən investisiyaların maksimum dərəcədə səmərəli olması, kiberhücumlar və məlumatların pozulması riskinin isə minimuma endirilməsi üçün təhdidlərin aşkarlanması və cavablandırılması imkanlarına malik son cihazlar üçün güclü müdafiə həllindən istifadə etmək, həmçinin işçilər arasında təhlükəsiz davranış mədəniyyətini formalaşdırmaq üçün təlim keçmək lazımdır. Bu komponentlər Kaspersky Optimum Security səviyyəsinə daxildir. Təşkilatları yetkin kibertəhlükəsizlik sistemi ilə qorumaq üçün Kaspersky Expert Security səviyyəsi və hərtərəfli Kaspersky Symphony XDR həlli nəzərdə tutulur ki, onlara istənilən mürəkkəblikdəki kiberhücumları effektiv şəkildə dəf etməyə imkan verən güclü qabaqcıl SIEM, EDR və XDR sinfi alətlər daxildir.

Şirkətlərin 2022-ci ildəki kibertəhlükəsizlik xərcləri barədə daha ətraflı Kaspersky IT Security Calculator saytında öyrənmək olar.

* “Biznesin İnformasiya Təhlükəsizliyi” sorğusu Kaspersky tərəfindən 2022-ci ildə keçirilib. Sorğuda 26 ölkədən 50-dən çox işçiyə malik şirkətləri təmsil edən 3230 mütəxəssis iştirak edib

** Burada və bundan sonra söhbət ABŞ dollarından gedir 

*** Ortalama büdcə.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!