Site icon Frame.az

Noyabrın 2-dək Bakı metrosu həftəsonları işləməyəcək

Noyabrın 2-dək bütün həftəsonları Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” 2020-ci il 28 sentyabr tarixli Qərarı ilə ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti noyabrın 2-si saat 06:00-dək uzadılıb. Qərarın 2.2 bəndinə əsasən, ictimai nəqliyyatda, o cümlədən Bakı Metropolitenində aşağıda qeyd edilən müddətlərdə sərnişindaşıma fəaliyyəti həyata keçirilməyəcək:

– 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək;

– 10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək;

– 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək;

– 24 oktyabr 2 saat 00:00-dan 26 oktyabr saat 06:00-dək;

– 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək.

Frame.az

Exit mobile version