CinemaEventsSosialTəqdimat

Qarabağ müharibəsində itkin düşən əsgərin hekayəsi ekranlaşdırılıb

Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan əsgərlərindən biri də 19 yaşlı könüllü Natiq Qasımovdur.
1992-ci ildə strateji əhəmiyyətli kilsəni düşməndən təkbaşına müdafiə edən əsgər əsirlikdə olan Azərbaycan əsgərlərinin azad edilməsi müqabilində təslim olub.
O, Rusiya nəşrlərindən birinə materiallar hazırlayan italyan müharibə  jurnalisti Enriko Sarsinin iştirakı ilə erməni əsgərləri tərəfindən dindirilib. Bu dindirmədən sonra N. Qasımovun taleyi ilə bağlı heç nə məlum deyil.
Martın 1-dən Park Cinema şəbəkəsində nümayiş olunacaq “Oğul” sənədli araşdırma filmində itkin əsgər Natiq Qasımovun hekayəsindən bəhs edilir.
Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan filmin rejissoru Karan Sinq  çəkilişlə bağlı 3 il ərzində Azərbaycan, İtaliya, Rusiya və Ermənistana səfər edib.
O, erməni separatçılarının nəzarətində olan o vaxtkı işğal olunmuş Dağlıq Qarabağ torpaqlarına da gedib.
Natiq Qasımovun anası rejissorla söhbətində itkin düşməsindən 30 il keçməsinə baxmayaraq, hələ də oğlunu gözlədiyini və onun sağ olduğuna inandığını bildirib.
Filmdə həmçinin hadisə şahidi Enriko Sensi N. Qasımovla dindirilmə prosesini xatırlayır. Filmin müəllifləri itkin düşən əsgərin qohumları və dostları ilə də söhbət ediblər.
“Park Cinema” kinoteatrlar şəbəkəsindən verilən məlumata görə, biletlərin satışından əldə edilən bütün vəsait “YAŞAT” Fonduna köçürüləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!