MaraqlıƏn Son

Olimpiada qaliblərinə ödəniləcək məbləği siz də bilin

Mükafat alanların arasında 18 idmançımız və onların məşqçiləri yer alıb. XXXI Yay Olimpiya Oyunları Azərbaycan olimpiya yığması üçün uğurlu olub.

Frame.az xəbər verir ki, “Rio-2016”-da Azərbaycan komandası 18 (1 qızıl, 7 gümüş və 10 bürünc) medal qazanıb.

Medal sıralamasında Azərbaycan 39-cu olub.

Prezident İlham Əliyevin iyulun 18-də imzaladığı sərəncama əsasən,

birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;

ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.

Sərəncama əsasən, olimpiada da uğur əldə edən idmançılara ümumilikdə 2 milyon 800 min manat, onların məşqçilərinə isə 1 milyon 400 min manat mükafat veriləcək. İdmançılara və məşqçilərinə verilən ümumi məbləğ isə 4 milyon 200 min manatdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!