Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycanda avqustun 30-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22°, gündüz 33-38° isti, Bakıda gecə 20-22°, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində – 761 millimetr civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 25-30 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 34-39° isti, dağlarda gecə 11-16°, gündüz 23-28° isti olacağı proqnozlaşdırılır.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: