Serie A-13-cü turun açılış oyununda Kyevo və Kalyari komandaları üz-üzə gəldilər. Bu matçın taleyini 1 qol həll etdi. Görüşün 53-cü dəqiqəsində Gobbi’nin vurduğu qol ev sahibi Kyevo’ya minimal hesablı qələbə gətirdi. Son illərin dəyişilməz çempionu Turin’in Yuventus komandası öz meydanında çətinlik çəkmədən debütant Peskara’nı 3:0 hesabı ilə məğlub etdi. Atalanta-Roma oyununda ev sahibləri qələbəyə sevindilər 2:1. Fiorentina səfərdə Empol’ni 4 cavabsız qolla məğlub etdi. Latsio öz meydanında Cenoa komandasına 3:1 hesabı ilə qalib gələrək turnir cədvəlində 4-cü piləyə yüksəldi. Andrea Belotti’nin dubl sayəsində Torino səfərdə Krotone’ni 2:0 hesabı ilə məğlubiyyətə uğratdı. Turun mərkəzi qarşılaşmasında üz-üzə gələn Milan və İnter qalibi müəyyən edə bilmədilər. Görüş 2:2 hesabı ilə başa çatdı. Chievo – Cagliari 1:0 Juventus – Pescara 3:0 Udinese – Napoli 1:2 Atalanta – Roma 2:1 Sampdoria – Sassuolo 3:2 Bologna – Palermo 3:1 Lazio – Genoa 3:1 Empoli – Fiorentina 0:4 Crotone – Torino 0:2 Milan – İnter 2:2