EventsFestivallarMədəniyyətTəqdimat

Ölkəmizdə XIV Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Üzeyir musiqi gününün keçirilməsi haqqında” müvafiq Fərmanına uyğun olaraq, ölkəmizdə hər il ənənəvi şəkildə Milli Musiqi Günü keçirilir. Hər il sentyabrın 18-də Milli Musiqi Günü münasibətilə respublikamızda bir çox konsert, tədbir və sərgilər təşkil olunur.

Mədəniyyət Nazirliyindən bildirilib ki, bu il də Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır. 18-26 sentyabr tarixlərini əhatə edəcək festival üçün xüsusi konsepsiya işlənib hazırlanıb. Builki festival bir neçə xətt üzrə musiqisevərlərin könlünü oxşayacaq.

Eyni zamanda, bu il Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən “Şuşa İli”, habelə “Fikrət Əmirovun 100 illiyi” dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə festival çərçivəsində Şuşa şəhərində bir neçə tədbirin təşkili, eyni zamanda, ölkəmizin digər şəhər və bölgələrində – Gəncə, Bərdə, Ağcabədidə konsert və tamaşaların nümayişi planlaşdırılır.

Builki festivala dünyanın müxtəlif ölkələrindən solistlər, dirijorlar, həmçinin kollektivlər dəvət olunub. Buna misal olaraq ABŞ, Norveç, Fransa, Avstriya, Almaniya, Türkiyə, Yunanıstan, Qazaxıstan, Tatarıstan, Bolqarıstan, Macarıstan, Rusiya, Yaponiya, Cənubi Koreya, Almaniya, Gürcüstandan səfər edəcək musiqiçiləri qeyd etmək olar.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!