EkologiyaTəqdimatƏn SonƏn Son

Ölkə ərazisində duman müşahidə olunur

Ölkə ərazisində son günlər müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq, gözlənilən atmosfer hadisəsidir.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib ki, duman az qradiyentli atmosfer təzyiqi sahəsində və dənizdən əsən zəif cənub-şərq axınları ilə rütubətli hava kütlələrinin sahilyanı ərazilərə yayılması fonunda yaranıb. Görmə məsafəsi fevralın 21-də saat 04:35-06:50 radələrində 50 metrədək məhdudlaşıb, nisbi rütubət 83-93 faiz intervalında olub: “Duman adətən səhər və gecə saatlarında su hövzələrinin üzərində və çökəkliklərdə yaranır. Həmin meteoroloji hadisə nisbətən isti səthə enən soyuq hava kütlələri ilə əlaqədardır. Dünən havanın temperaturu 12 dərəcəyədək yüksəlib və iqlim normasından 3,2 dərəcə yüksək olub, gecə isə 9 dərəcə enərək 2,9 dərəcəyə yaxınlaşıb”.

U.Tağıyeva qeyd edib ki, gecə saatlarında yer səthi tədricən soyuyur ki, bu da havanın aşağı qatlarının da soyumasına səbəb olur. Nəticədə nisbətən isti və soyuq hava kütlələrinin qarşılaşması dumanın yaranması üçün əlverişli şərait yaradır. Adətən dumanın yaranması inversiya ilə izah olunur: “Dumanlı hava, eyni zamanda Gəncə, Şabran, İsmayıllı, Xaçmaz, Şəmkir, Tərtər, Zərdab, Beyləqan, İmişli və Yevlaxda görmə məsafəsinin 200-500 metrədək məhdudlaşmasına səbəb olub”.

Xidmət rəisinin sözlərinə görə, günün ikinci yarısında cənub-qərb küləyinin arabir 15-18 metr/saniyəyədək güclənməsi dumanın seyrəlməsinə səbəb olacaq. Lakin fevralın 23-dən 26-dək əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yenidən duman olacağı ehtimal olunur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!