IdmanƏyləncə

Ölkə çempionatlarında növbəti oyunlar keçirilib

Serie A-13-cü turun açılış oyununda Kyevo və Kalyari komandaları üz-üzə gəldilər. Bu matçın taleyini 1 qol həll etdi. Görüşün 53-cü dəqiqəsində Gobbi’nin vurduğu qol ev sahibi Kyevo’ya minimal hesablı qələbə gətirdi. Son illərin dəyişilməz çempionu Turin’in Yuventus komandası öz meydanında çətinlik çəkmədən debütant Peskara’nı 3:0 hesabı ilə məğlub etdi. Atalanta-Roma oyununda ev sahibləri qələbəyə sevindilər 2:1. Fiorentina səfərdə Empol’ni 4 cavabsız qolla məğlub etdi. Latsio öz meydanında Cenoa komandasına 3:1 hesabı ilə qalib gələrək turnir cədvəlində 4-cü piləyə yüksəldi. Andrea Belotti’nin dubl sayəsində Torino səfərdə Krotone’ni 2:0 hesabı ilə məğlubiyyətə uğratdı. Turun mərkəzi qarşılaşmasında üz-üzə gələn Milan və İnter qalibi müəyyən edə bilmədilər. Görüş 2:2 hesabı ilə başa çatdı. Chievo – Cagliari 1:0 Juventus – Pescara 3:0 Udinese – Napoli 1:2 Atalanta – Roma 2:1 Sampdoria – Sassuolo 3:2 Bologna – Palermo 3:1 Lazio – Genoa 3:1 Empoli – Fiorentina 0:4 Crotone – Torino 0:2 Milan – İnter 2:2 15073389_1350295145043147_1390074756205849055_nSpain La liga 12-ci turda Barselona gözlənilmədən öz meydanında Malaqa ilə qarşılaşmada xal itkisinə məruz qaldı. Oyun başladığı kimi qolsuz başa çatdı. Barsa’nın xal itkisəndən Real Madrid maksimum yararlandı. Madrid derbisində Atletiko’nu 3:0 hesabı ilə ağır məğlubiyyətə uğradan Real ilk pillədəki mövqeyini daha da möhkəmləndirdi. Valensiya komandası isə bu dəfə də xal itkisinə məruz qaldı. “Yarasalar” öz meydanında Qranada komandasına qalib gəlməyi bacarmadı. Oyun 1:1 hesabı ilə başa çatdı. Sevilya Deportivo ilə səfər oyununda hesabda 2:0 geri düşməsinə baxmayaraq yekunda 3:2 hesabı ilə qələbə qazandı. 7 sarı və 2 qırmızı vərəqə göstərilən Eybar-Selta qarşılaşmasında sevinən tərəf ev sahibi komanda oldu.Oyunun 10-cu dəqiqəsində Riko’nun vurduğu yeganə qol Eybar komandasına minimal hesablı qələbə gətirdi. 12 turdan sonra Real Madrid 30 xalla turnir cədvəlinə başçılıq edir. Betis – Las Palmas 2:0 Deportivo – Sevilla 2:3 Barcelona – Malaga 0:0 Atletico Madrid – Real Madrid 0:3 Eibar – Celta Vigo 1:0 – – Valencia – Granada 1:1 Alaves – Espanyol 0:1 Sporting Gijon – Real Sociedad 1:3 Athletick Bilbao – Villareal 1:0 14915384_1128827397194545_2017520241267132066_nEPL 12-ci turun açılış qarşılaşmasında Mançester Yunayted Arsenal komandası ilə üz-üzə gəldi. İsveçli Zlatan İbrahimoviç’in cəza səbəbiylə çıxış edə bilmədiyi oyunda Mançester Yunayted qələbəni sən dəqiqələrdə əldən verdi. Oyuna sonradan daxil olan Fransalı hücumçusu Jiru 89-cu dəqiqədə komandasına 1 xal gətirdən qolun müəllifi oldu. Sautgempton-Liverpul matçında hesab açılmadı 0:0. Mançester Siti komandası Yaya Ture’nin parladadığı oyunda Kristal Pelas komandasından güclü oldu 2:1. Son ölkə çempionu Lester bu turda da qələbə qazana bilmədi. Uatford klubunun qonagı olan Klaudio Ranieri’nin yetirmələri 2:1 hesabı ilə məğlub oldular. Səfərdə Middlsbro komandası ilə qarşılaşan Çelsi minimal hesablı qələbə qazanaraq turnir cədvəlində vahid liderliyi ələ keçirtdi. Southampton – Liverpool 0:0 Manchester United – Arsenal 1:1 Stoke City – Bournemouth 0:1 Everton – Swansea 1:1 Tottenham – West Ham 3:2 Cristal Palace – Manchester City 1:2 Sunderland – Hull City 3:0 Watford – Leicester 2:1 Middlesbrough – Chelsea 0:114100467_640872419404160_5962347852027188443_nGermany Bundesliga 11-ci turda Leyptsiq fırtınası əsməyə davam edir. Səfərdə Bayer komandasının qonağı olan debütant Leyptsiq bu turda da azərkeşlərini sevindirməyi bacardı. Bayer artıq oyunun 2-ci dəqiqəsində hesabı açmağa müvəffəq oldu. Lakin ev sahibi komandanın sevinci cəmi 2 dəqiqə çəkdi. Baumqartlinger topu öz qapısına göndərərək hesabın bərabərləşməsinə səbəbkar oldu. Fasilə ərəfəsində Bayer hesabda önə keçdi. İkinci hissədə hücumlarının kəsərini artıran qonaq komanda 67-ci dəqiqədə Forsber’qin uzaq məsafədən vurduğu qolla hesabı bərabərləşdirdi. Oyunun bitiminə 9 dəqiqə qalmış isə Orban başla fərqlənərək Bai Arena’ya toplaşan azərkeşləri sükuta qərq etdi. Bu qələbə sayəsində Leyptsiq komandası turnir cədvəlində ilk pilləyə yüksəldi. Volsburq öz meydanında Şalke komandasına minimal hesabla məğlub oldu. Turun mərkəzi qarşılaşmasında Borussia Dortmund Bavariya’nı Obameyanq’ın yeganə qolu sayəsində 1:0 məğlub etdi. Qəbələ’nin Avropa Liqasında rəqiblərindən olan Maynts bu turu qələbə ilə başa vurdu. Frayburq komandasını qəbul edən Maytns 4:2 hesablı qələbə qazandı. Bayer Leverkusen – Leipzig 2:3 Darmstadt – İngolstadt 0:1 Mainz – Freiburg 4:2 Borussia M – Cologne 1:2 Augsburg – Herta 0:0 Hoffenheim – Hamburger SV 2:2 Borussia Dortmund – Bayern Munchen 1:0 Werder – Eintracht 1:2 Wolfsburg – Schalke 0:115094244_1266611126743292_7894875859494717354_nRussia Premier League 14-cü tura Arsenal Tula-ÇSKA Moskva qarşılaşması ilə start verildi. Görüşün favoriti hesab olunan ÇSKA komandası gözlənildiyi kimi qələbə qazandı. Oyunda vurulan yeganə qolun müəllifi George Milanov oldu. Bu qələbədən sonra ÇSKA turnir cədvəlində 3-cü pilləyə yüksəldi. Qazovik Orenburq- Lokomotiv matçında qalib müəyyən olunmadı 1:1. Çempionatın lideri Spartak Moskva komandası Denis Qluşakov’un oyunun 89-cu dəqiqəsində vurduğu yeganə qol sayəsində Amkar’ı 1:0 hesabı ilə məğlubiyyətə uğratdı. Spartak’ı qarabaqara izləyən Zenit’də bu turu qələbə ilə başa vurdu. Öz meydanında Ural komandasını qəbul edən Krasnodar rəqibin qapısından 3 cavabsız top keçirtdi. Rubin-Rostov qarşılaşmasında hesab açılmadı. 14 turdan sonra Spartak Moskva komandası 34 xalla turnir cədvəlinə başçılıq edir. 31 xalla Zenit ikinci, 25 xalı olan ÇSKA komandası isə üçüncü pillədə qərarlaşıb. Arsenal Tula – CSKA Moscow 0:1 Rubin Kazan – Rostov 0:0 Gazovik Orenburg – Lokomotiv Moscow 1:1 Anzhi Makhackala – Ufa 0:1 Krasnodar – Ural 3:0 Zenit – Krylya Sovetov 3:1 Spartak Moscow – Amkar 1:015036384_10154875745124427_1828211266501596245_nParvin Bayramov Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!