Mobil dünyaTəqdimat

Onlayn dələduzların “Formula-1”-dən sui-istifadə edə biləcəyi 3 əsas sxem

Tezliklə Bakıda Formula 1 Qran Prisi start götürəcək. Bu cür irimiqyaslı və çoxdan gözlənilən idman tədbirləri kibercinayətkarlar tərəfindən həmişə pul qazanmaq üçün bəhanə kimi istifadə olunur. Ona görə də tədbirə bilet alarkən diqqəti əldən vermək olmaz. Pulunuza qənaət etmək və özünüzü fırıldaqçılardan qorumaq üçün Kaspersky aşağıdakı tövsiyələrə əməl etməyi təklif edir.

Ən məhşur dələduzluq sxemləri

  1. Saxta bilet satışı xidmətləri

Saxta saytlar çox inandırıcı görünə, yaxşı tərtib oluna, “formula1”, “bakuformula1” kimi açar sözləri ehtiva edə bilər. Saxta saytın ünvanı https ilə başlasın deyə təcavüzkarlar veb server və brauzer arasında təhlükəsiz bağlantı təmin edən SSL sertifikatları əldə edə bilərlər. Belə bir etibarlı bağlantı işarəsi idman həvəskarlarının hər şeyin qaydasında olduğuna inandıra bilər.

  1. Sponsorların təşkil etdiyi saxta lotereyalar

Təcavüzkarlar guya tədbirin rəsmi tərəfdaşları tərəfindən keçirildiyi iddia edilən lotereyada uduşlar vəd edən spam elektron məktublar göndərə bilərlər. Bu cür məktublara “qalibin” təbrik edildiyi və mükafatı almaq üçün əlaqə məlumatlarını (ad, doğum tarixi, ünvan, e-poçt ünvanı, telefon nömrəsi) təqdim etməyi xahiş olunan əlavələr (adətən PDF və ya DOCX sənədləri) bərkidilir. Əslində həmin poçt göndərişləri daha çox istifadəçilər haqqında məlumat toplamaq məqsədi daşıyır, amma troyan formasında zərərli əlavələri də ehtiva edə bilər.

  1. “Siz qalib gəldiniz!”

Digər bir fırıldaq növü bilet lotereyasında iştirak etmək və ya yarış keçirilən ölkəyə səyahət qazanmaq təklifidir. Bu zaman istifadəçidən ya saxta promo səhifəsində qeydiyyatdan keçmək və e-poçt ünvanı təqdim etmək, ya da lotereya məktublarında olduğu kimi əlaqə məlumatlarını “təşkilatçılara” göndərmək istənilir. Belə mesajlar Formula 1 adından, bir qayda olaraq, yenicə qeydiyyatdan keçmiş domenlərdəki ünvanlardan göndərilir. Bu cür sxemlərin məqsədi əsasən spam və ya zərərli göndərişləri yaymaq üçün elektron poçt məlumat bazasını yeniləməkdir.

Təhlükəsiz bilet alışı üçün nə etməli?

Biletləri yalnız tədbirin rəsmi saytından almalıyıq;

Bilet almaq üçün ayrıca kart əldə etməli və qeyri-rəsmi onlayn mağazalardan – biletdən tutmuş suvenirlərə qədər heç nə almamalıyıq;

Çox vaxt saxta xidmətlər elektron poçt göndərişləri və ya internet bannerləri vasitəsilə reklam olunur. Buna görə də elektron poçt siyahıları və ya messencerlərdə gələn linklərə keçid etməməli, məlumatları oraya daxil etməməli və şübhəli əlavələri açmamalıyıq;

Tədbirin onlayn yayımı üçün bilet almaq və ya Formula 1 video yazılarına giriş təklifinə həsas yanaşmalı, təşkilatın rəsmi internet səhifəsində bütün təkliflər və aksiyalar haqqında məlumatı təkrarən yoxlamalıyıq;

Daxilə quraşdırılmış anti-fişinq alətinə malik antivirus həllini quraşdırmalıyıq. Məsələn, daxilə quraşdırılmış poçt, fayl və veb antivirusuna malik Kaspersky Internet Security həlli spamı süzgəcdən keçirə, fişinq saytlarını aşkarlaya və zərərli proqramları zərərsizləşdirə bilər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!