TəqdimatƏn SonƏn Son

Operativ Qərargah: Sentyabrın 8-dən bəzi sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınıb

Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVID -19) infeksiyasının yayılması məhdudlaşdırılıb, yoluxma hallarının sayında azalmaya nail olunub.

Avqustun 5-dən başlayaraq sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılıb və yumşalmalar təmin edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan aşağıdakı sahələr üzrə əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınıb:

-Müvafiq karantin qaydalarına riayət olunmaqla və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 2020-ci il 6 iyul tarixli 237 nömrəli qərarına uyğun olaraq saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilir;

-Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!