Site icon Frame.az

Optimal işə qəbulda innovativ üsullardan istifadə edir

“Optimal Elektronika”  MMC-nin İnsan Resursları Departamenti işə qəbul prosesində innovativ üsuldan istifadə edərək, 21-25 yanvar, 2019-cu il Azərbaycanda ilk dəfə satış sahəsində açıq Əmək və Karyera Yarmarkası keçirib. Optimal Elektronika MMC-nin İnsan Resursları Departamentinin meneceri Süleyman Şaheldiyev Frame.az saytına bildirib ki, Əmək və Karyera  Yarmarkasında 30-dan çox vakansiya təqdim edilmiş,  5 gün ərzində 200-dən çox namizəd iştirak etmişdir. 

 İşə qəbulda bu tip innovativ üsullardan istifadənin mühümlüyünü vurğulayan Süleyman  Şaheldiyevin sözlərinə görə şirkətin ən böyük elektronika mağazası olan, “Optimal Live”  Satış və Təcrübə Mərkəzində baş tutan  Əmək və Karyera Yarmarkasının keçirilməsinin  namizədlərə aşağıdakı imkanları yaradır:

 Şirkətin İnsan Resursları üzrə meneceri və komandası ilə birbaşa ünsiyyət;

Fərqli mühitdə özünü və bacarıqlarını daha rahat ifadə etmək imkanı;

Əmək Yarmarkası zamanı iş təklifi almaq imkanı;

Təcrübəniz olmadığı halda belə, perspektivinizi nümayiş etdirərək işə düzəlmək imkanı;

Pozitiv şəraitdə, həyacan keçirmədən özünü və bacarıqlarını işəgötürənə təqdim etmə;

“Müsahibəyə dəvət etmirlər.” baryerini aşma;

Azərbaycanda ən böyük elektronika sərgisi ilə tanış olma imkanı

 Qeyd edək ki, Optimal Elektronika MMC belə bir əmək yarmarkasını Nizami filialında keçirmiş, 30-dan çox namizəd işlə təmin edilmişdir.

 

 

 

 

 

 

Exit mobile version