Optimist və pessimist insanların fərqi

Optimist insan pessimist insandan nə ilə fərqlənir?

Belə bir məsəl vardır ki: Optimist insan şüşənin su ilə dolu olduğunu, pessimist insan isə onun boş olduğunu, optimist bütün imkanları görə bilir, pessimist isə yalnız hər şeyin çıxılmaz olduğunu fikirləşir. Bir sözlə hər şey məsələyə necə yanaşdığından, hansı tərəfdən və necə baxdığından asılı olur.
Ancaq, əgər həyatınızda daha çox pessimistlərə rast gəlirsinizsə bunun sizinlə nə kimi əlaqəsi ola bilər?

İlk öncə sadəcə pessimist insanı başa düşməyə çalışın.
Pessimist insan həmişə özünü: əziyyət çəkən, hər şeydən tez narahat olan insan kimi qələmə verir ve tanıdır. Bütün bədbəxtliklərində yalnız ətrafdakıları günahlandırır, özünü hadisələrin qurbanı hesab edir.

Pessimist insan hemişe səbəb tapacaq. Ola bilər ki, bu insan nə vaxtsa neqativ təcrübə yaşamışdır, onu aldatmışlar, atmışlar nəticədə isə o, həyatda təəssüflənmiş, hətta həyatından küsmüşdür.

İcazə verməyin ki, sizə neqativ təsir göstərilsin.
Bu tip insanlar həmişə əmindirlər ki: onlar dünyaya real olaraq baxırlar, və optimist insanları “Saf” olmaları ilə günahlandırırlar. Yalnız özünüzə onun haqsız olduğunu deyin, hətta bu tip pessimist proqnozların bir neçə dəfə səhv olduğunu xatırlayın.
Eger pessimist hər hansı çətin situasiyaya görə şikayətlənirsə ona həmin situasiyadan çıxmaq üçün bir neçə variant təklif edin. Məsələn əgər o: işdən çıxdığını, və hal-hazırda vəziyyətinin çətin olması barədə sizə bildirirsə, bir neçə alternativ təklif irəli sürə bilərsiniz.
Nəhayət sonda onunla olan bu ünsiyyətə sadəcə, psixoterapiya kimi yanaşın: çünki pessimist əhval-ruhiyyəsinin fonunda siz özünüzü daha əmin hiss edirsiz və həyat sizə bir o qədər də dramatik gəlmir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: