Maraqlı

Orqanizmin 9 müdafiə sistemi

İnsan orqanizmi çox mürəkkəb həm də çox maraqlı sistemə malikdir. O, bizi, 24 saat və həftənin 7 günü bizə ziyan verə biləcək xarici faktorlardan müdafiə edir. Sizə orqanizmimizdəki 19 müdafiə sistemi barədə məlumat verəcəyik.

Əsnəmək

Əsnəməyin əsas funksiyası beynimiz çox yüklənəndən sonra onu sərinləşdirmək rolunu oynayır.

Asqırmaq

Burnumuzu, müxtəlif bakteriyalardan, allergiya verən toz, mikroblardan təmizləmək rolu oynayır.

Dartınma

Bədənimizi gün ərzində baş verəcək fiziki ağırlıqlara hazırlayır. Dartınarkən əzələlərimiz isinir, qan dövranı yaxşılaşır və əhval- ruhiyyəmiz düzəlir.

Hıçqırtı

İnsan yeməyi tez-tez yediyi zaman toxluğunu hiss etmir və daha çox yeyir. Bu zaman mədəmizlə bağlı olan əsəb sistemində qıcıqlanma baş verir. Bu səbəbdən də hıçqırırıq.

Mioklonik sudurqa

Uzanan kimi dərhal yuxuya getdikdə, elə hiss yaranır ki, sanki bədənimizi tok vururvə bizi sanki hündür bir yerdən yatağımıza atırlar. Məsələ bundadır ki, yatdığımız zaman tənəffüs dərəcəsi kəskin azalır, ürəyin döyüntüsü yavaşlayır, əzələlər boşalır. Beynimiz bunu ölüm kimi qəbul edir. Ona görə də, mioklonik sudurqa( hündürlükdən düşmə hissi) baş verir ki, bu da beynin bizi ölümdən xilas etmək funksiyasıdır.

Dəridəki büzüşmə

Duş qəbul etdiyimiz zaman barmaqlarımızın uclarının büzüşdüyünü və qırışlar yarandığını görürük. Bu hər hansı əşyanı rahat tutmaq üçündür.

Yaddaşın itməsi

Yaddaşın itməsi həyatımızda baş verən pis hadisələrdən sonra baş verir. Buna görə də beynimiz bütün bunları birdəfəlik silir.

Qaz dərisinə bənzər dəri (ətin ürpəşməyi)

Bəzən dərimiz sanki tükləri yolunmuş qaz dərisinə bənzəyir və ətim ürpəşdi kimi ifadə işlədirik. Bu daha çox soyuq havada baş verir. Dərimizin belə olması bizi soyuq hava kütləsindən qoruyur.

Göz yaşları

Göz yaşları orqanizmin ən emosional müdafiə sistemidir. Alimlər sübüt edib ki, stressə və ya depresiyaya düşdüyümüz zaman beyində çox güclü qıcıqlanma mərkəsi yaranır və insanın hiss etdiyi bütün agrı- acılar göz yaşları ilə çıxır.

Bütün bunlara görə orqanizmimizə təşəkkür etməliyik.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!