Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6705 nəfər işçi heyəti var. Onlardan 668 nəfəri dövlət, 6037-si isə qeyri-dövlət qulluqçusudur. İşçilərin 5066 nəfəri kişi, 1639 nəfəri isə qadınlardır. Yəni, nazirlik əməkdaşlarının 75 faizi kişilərdən, 25 faizi qadınlardan ibarətdir.
Frame.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, ötən il nazirliyin 850-yə yaxın işçisi attestasiyadan keçirilib. Onlardan 45 nəfəri yüksək nəticə göstərib. Həmin əməkdaşlardan 20 nəfəri daha yüksək vəzifələrə təyin olunub, 25 nəfərin isə dərəcələri artırılıb.
O.Məhərrəmli bildirib ki, ötən il nazirliyin 800 əməkdaşı müxtəlif kurslara, seminarlara, təlimlərə cəlb olunub. Bu il isə 300-ə yaxın əməkdaş onlayn təlimlərdə iştirak edib.