EventsTəhsilTəqdimat

“Öyrənmənin Qiymətləndirilməsi” adlı konfransa qeydiyyat davam edir

AMİM-in 2016-cı ildən bəri artıq ənənə halını alaraq hər il baş tutan beynəlxalq konfransı bu il “Öyrənmənin Qiymətləndirilməsi” adı altında ilə 16-17 noyabr, 2018-ci il tarixlərində Avropa Azərbaycan Məktəbində keçiriləcəkdir. 18 noyabr tarixində isə əsas məruzəçilərlə Konfrans sonrası “master-klas”lar keçiriləcəkdir.
Bu ilki konfransın mövzusu öyrənmənin qiymətləndirilməsidir. Konfrans zamanı iştirakçılar qiymətləndirmənin əsas prinsipləri və formativ qiymətləndirmənin nə olduğunu dərindən anlayacaqlar. Həmçinin, konfrans iştirakçıları öyrənmənin məqsədini və uğur meyarlarını müəyyən edə biləcək, şagirdlərin daimi inkişafı üçün onlara effektiv rəyin verilməsi ilə yaxından tanış olacaq, şagirdlərlə aparılan səmərəli sinif müzakirələri, suallar və tapşırıqların idarə olunması və şagirdlərin tədris prosesi zamanı bir-birinə kömək etməsi yollarını araşdıracaqlar.

Konfransa tanınmış beynəlxalq məruzəçilər dəvət olunmuşdur. Onlardan Endi Qriffit Şerinqam məktəbində baş müəllim vəzifəsində çalışan Karen Syuell ilə birgə iki kitabın həmmüəllifidir. Ondan başqa məruzəçilər arasında tanınmış təhsil işçiləri olan Hanna Filips, Stiven Kruks, Karli Maquayr və AMİM-in qiymətləndirmə üzrə aparıcı mütəxəssisi Xədicə Cəfərova da yer alır. Xədicə Cəfərova Qiymətləndirmənin praktikada reallaşdırılması- Azərbaycan məktəblərindəki problemlər və onların həlli” mövzusunda məruzə ilə çıxış edəcək.

Təcrübəli beynəlxalq və yerli təhsil mütəxəssissləri və müəllimlər əsas məruzəçilərin mövzularını dəstəkləyən müxtəlif spesifik və interaktiv seminarlar təqdim edəcəkdir.

 Konfrans dünyaca məşhur təhsil xadimləri tərəfindən təqdim olunan professional inkişaf imkanları ilə yanaşı, Azərbaycanın dörd bir yanından olan müəllimləri bir araya gətirərək, onlar arasında əlaqə qurmaq və ən yaxşı təcrübəni bölüşmək imkanı verəcəkdir.

*Qeyd edək ki, Konfransda Azərbaycan və Rus dillərinə sinxron tərcümə təmin olunacaqdır.

Ödəniş: Yalnız Konfrans üçün – 100 manat
Konfrans + konfrans sonrası seminarlar -130 manat
Yalnız Konfrans sonrası seminarlar üçün -80 manat

Konfransda iştirak üçün onlayn ödəmə və qeydiyyatı aşağıdakı keçid vasitəsilə həyata keçirə bilərsiniz.
http://www.azteachers.az/az/node/232

Konfransın keçiriləcəyi məkan: Avropa Azərbaycan Məktəbi.

Ünvan: Bakı şəhəri, Səbayıl rayonu, Badamdar şossesi, A. Abbaszadə küç, AZ1128. (Botanika bağının yanı).

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!