Baku 2017

Oyunlar 34 ölkədə yayımlanacaq

12 aprel tarixində Bakı 2017 İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ilə  Oyunların təbliğatını yayımlamaq hüququ əldə edən 34 ölkənin yayım şirkətləri arasında razılıq əldə olunub. Oyunların keçirilməsinə bir ay qaldığı müddətdə elan olunan razılığa əsasən bütün yayım şirkətləri aşağıda qeyd olunan tədbirlər əsnasında oyunlarla əlaqədar eksklüziv yayımdan istifadə hüququna malik olacaqlar:

– Müvafiq olaraq 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış Mərasimlərinin canlı yayımlanması;
– Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik proqram;
– Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 matçın canlı yayımlanması;
– Oyunlar haqqında iki saatlıq proqram.

Şimali Afrika və Orta Şərq ölkələrində yayım hüququnu Ərəb Dövlətlərinin Yayım Birliyi (Arab States Broadcasting Union ASBU) əldə edib. 22 ölkənin əsas ödənişsiz dövlət yayım şirkətləri də Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarını öz kanallarında nümayiş etdirmək imkanı əldə ediblər.

TV Media Sport (TVMS) Saxaradan cənubda yerləşən Afrika ölkələrinin eksklüziv agenti qismində razılığı imzalayıb. Agent 12 ölkənin yayım şirkətləri – Fil Dişi Sahili (RTI), Nigeriya (NTA Sports 24), Tanzaniya (AZAM MEDIA GROUP ZBC2), Uqanda (UBC), Mozambik (TVM), Çad (ONRTV), Mali (ORTM), Qvineya (RTG), Niger (ORTN), Konqo Demokratik Respublikası (RTNC), Mavrikiy (MBC) və Burkina-Faso (RTB) – qarşısında oyunlardan canlı yayımların və proqramların yayımlanması ilə bağlı öhdəlik götürüb.

TV Media Sport şirkətinin prezidenti Hedi Hamel bu razılıq haqqında danışaraq deyib: “Beynəlxalq idman tədbirlərinin diversifikasiyası (şaxələnməsi) hər zaman TV Media Sport şirkətinin güclü fəaliyyət istiqaməti olub və olmaqdadır. Bakı 2017 IV İslam Həmrəyliyi oyunları  bu strategiyamızın mükəmməl təcəssümü olacaq”.

Bundan əlavə, Bakı 2017 Türkiyənin aparıcı yayım TV-si TRT ilə müqavilə imzalayıb. Oyunların işıqlandırılması Surinam və Qayanada İP vasitəsilə, ATV və Milli Rabitə Şəbəkəsi tərəfindən yayımlanacaq.

Frame.az

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!