Belə bir deyim var: “Dünyanı dəyişmək istəyirsinizsə ilk əvvəl özünüzdən başlayın”. İlk əvvəl dəyişməyə özünüzdən başlayın və ətrafınızda olan hərşeyin dəyişdiyini görəcəksiniz. Bunun üçün sizə bəzi məsləhətlərimiz olacaq.
1. Xarici dil öyrənməyə başlayın – hər gün yeni sözlər öyrənin.
2. Otaqlarınızı tez-tez yığışdırın. Lazımsız əşyaları atın.
3. Kompüter oyunlarından imtina edin. Onlar sizi real həyatdan uzaqlaşdırır və lazımsız bir insana çevirir.
4. Fast- food yeməklərində uzaq durun və düzgen qidalanın.
5. Səhərlər yüngül idman edin.
6. Hər gün eyni vaxtda yatın və yuxudan durun.
7. Hər gün eyni vaxtda yemək yeyin.
8. 8 saat yatın. Yuxu sağlamlıq və özünüzü yaxşı hiss etməyiniz üçün çox vacibdir.
9. Pulunuzu qənaət edin. Səyahət üçün pul yığın.
10. Pozitiv olun. Yalnız yaxşı şeylər barədə düşünün.
11. Özünüz üçün gündəlik tutun. Ən kçik uğurlarınızı belə hr gün qeyd edin.
12. Həyatınızı dəyişəcək kitablar oxuyun.
13. İnternetdə az vaxt keçirin.
14. Yeməkdən yarım saat əvvəl su için. Həzmə kömək edir.
15. Bədən quruluşunuza diqqət edin. İdmanla məşqul olun.
16. Öz məqsədlərinizi kağız üzərinə qeyd edin və görəcəyiniz yerlərə yapışdırın.
17. Danışığınıza fikir verin. Əgər vulqar sözlərdən istifadə edirsinizsə onlardan imtina edin.
18. Hər gün kiməsə yaxşılıq edin.
19. Hər gün meyvə və tərəvəzlər yeyin.
20. Pis vərdişlərinizdən əl çəkin.
21. İnsanlara xoş sözlər deməyi vərdiş halına çevirin.