IqtisadiyyatTurizmTəqdimat

Pərakəndə Geyim İdxalçıları Assosiasiyası ilə Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası arasında təkrar ixrac imkanları haqqında fikir mübadiləsi aparılıb

Sazişi Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının sədri Fərid Novruzi və Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının sədri Kamran Həbibov imzaladılar.

Birgə fəaliyyət istiqamətlərini müəyyən edən Sazişin əsas məqsədi, tərəfdaşlığın inkişafı, məlumat və təcrübə mübadiləsi, təchizat zəncirlərinin optimallaşdırılması, saxlanması və paylanması problemlərinin effektiv həllini təmin edən logistika və pərakəndə satış sahəsində müasir rəqəmsal sistemlərin tətbiqi, logistika və pərakəndə satış sahəsində beynəlxalq təşkilatların, şirkətlərin və ekspertlərin iştirakı ilə konfransların, biznes forumların, seminarların, dəyirmi masaların birgə təşkil olunması, regional və beynəlxalq tədbirlərdə birgə iştirak, maraqlı şirkət və təşkilatlarla peşəkar və işgüzar əlaqələrin genişləndirilməsinə köməklik etməkdən ibarətdir.

İmzalanma mərasimi zamanı Assosiasiya sədrləri üzvlərini narahat edən bir sıra məsələlər və onların həlli istiqmətləri haqqında müzakirələr, hər iki tərəf üçün maraq doğuran təkrar ixrac (reexport) imkanları haqqında fikir mübadiləsi apardılar. Təkrar ixracın müsbət təsirləri, əsasən də, geyim idxalçıları üçün gətirilən malların həcminin artırılması, nəqliyyat ekspeditor şirkətləri üçün isə, yük daşımalarının artırılması imkanları nəzərə alınmaqla, bundan sonra bu istiqamətdə birgə işlərin görülməsi barədə razılıq əldə olundu.

Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının sədri Fərid Novruzinin sözlərinə görə, ölkəyə idxal olunan və əlavə dəyər vergisi (ƏDV) hesablanan geyim malları bəzən ixracatçıya geri qaytarılır və assosiasiya üzvlərinin təklifi həmin mallar üzrə hesablanan İdxal gömrük rüsumunun kompensasiya olunmasından ibarətdir. Təkrar ixrac əməliyyatlarında Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyası üzvlərinin iştirakı isə, logistika fəaliyyəti ilə məşğul olan şirkətlər üçün həm əlavə həcm, həm də, yeni fəaliyyət növü deməkdir. Bununla da, nəqliyyat şirkətləri yük daşımalarının həcmini və istiqamətini genişləndirmək imkanları əldə edə biləcəklər.

“Satılmayan və ixracatçıya geri qaytarılan mallar üzrə İdxal gömrük rüsumunun hər hansı bir formada kompensasiya olunması, sahibkarlıq fəaliyyətinin inkişafına əlavə dəstək kimi qiymətləndirilə bilər”, – deyə Fərid Novruzi qeyd edib.”, – deyə Fərid Novruzi qeyd edib.

Danışıqların sonunda tərəflər məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə (DGK) birgə müraciətin edilmədi və məsələnin həlli üçün birgə təkliflər paketinin hazırlanması haqqında razılığa gəldilər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!