EventsSəyahətTurizmTəqdimat

Pakistanın aparıcı turizm şirkətləri Qarabağın turizm imkanları haqqında məlumatlandırılıb

Dekabrın 14-də Azərbaycan Turizm Bürosu ilə Pakistanın turizm sənayesinin nümayəndələri arasında “Turizm və Davamlı İnkişaf Məqsədləri” mövzusunda onlayn görüş keçirilib.

Dövlət Turizm Agentliyindən Frame.az-a bildirilib ki, onlayn müzakirələr zamanı iştirakçılara Azərbaycanın turizm potensialı nümayiş olunub, iki ölkə arasında postpandemiya dövründə gəlmə və getmə turizminin inkişaf etdirilməsi, investisiya yatırımlarının artırılması kimi məsələlər müzakirə edilib.

Pakistandan olan iştirakçılara işğaldan azad olunan Qarabağ bölgəsinin turizm imkanları və yaradılacaq yeni turizm marşrutları haqqında geniş məlumat verilib.

Azərbaycanın pakistanlılar üçün turizm destinasiyası kimi cəlbedici ölkə olduğunu bildirən Pakistanın turizm şirkətləri bu istiqamətdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Müzakirələr zamanı turizm baxımından İpək Yolu istiqamətinin birgə inkişaf etdirilməsi məsələsi də müzakirə olunub.

Görüş çərçivəsində tərəfləri maraqlandıran suallar cavablandırılıb və sonda Azərbaycan Turizm Bürosu 2021-ci ilin mart ayında Pakistanda keçiriləcək Beynəlxalq İpək Yolu konfransına dəvət olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!