“Paris Gallery” mağazasının rəhbəri Rasim Hacıyev: “300 manat və daha çox alış-veriş edənlər “Lamborgini” uda bilərlər”
Dekabrın 15-dən Bakıdakı “Paris Gallery” mağazasında Yeni il endirimlər kapmaniyasına start verilib. Yəni dekabrın 15-dən yanvarın 15-dək mağazada bütün məhsulllara 25%-dən 75%-dək endirimlər olacaq. Endirim faizi məhsulun növündən asılı olaraq dəyişəcək. Bundan əlavə, “Buz kimi endirimlər” adlı bu endirim kampaniyası çərçivəsində hər bir alıcı 300 manat və daha çox alış-veriş edəndə kupon alır və yanvarın 18-də bu kuponların uduşu keçiriləcək. Uduş tam obyektiv şəkildə barabanda kuponların qarışdırılması ilə keçiriləcək və kupon qazanmış hər bir müştərimiz bu uduşun keçirilməsi mərasiminə dəvət ediləcək. Uduşda 5 ədəd “Lamborgini” mobil telefonu oynanılacaq. Kupon qazanan hər bir müştərimizin bu telefonlardan birini udmaq şansı olacaq. Uduş mağazada keçiriləcək. Kuponu olub özü uduş mərasiminə gələ bilməyən müştəri əgər telefon qazanarsa, bu barədə ona bildiriləcək və qazandığı telefon ona çatdırılacaq.
Bu barədə məlumat verən Bakıdakı “Paris Gallery” mağazasının rəhbəri Rasim Hacıyev onu da bildirib ki, gələn ilin yanvarından mağazalar şəbəkəsində 7 yeni kosmetika brendi də təmsil olunacaq və bu barədə artıq razılıq əldə olunub: “Bu brendlər çox da baha deyil və daha kiçik büdcə brendləri sayılır, bu baxımdan gəlirləri çox olmayan müştərilərimiz üçün də tam əlçatandır”. Bundan başqa “Paris Gallery” yeni ildən Bakıda fəaliyyət göstərən iki ticarət mərkəzində də təmsil olunacaq: “Bu ticarət mərkəzlərinin adlarını indidən açıqlamaq istəməzdik, amma 2018-ci ildən onlarda mağazalarımızın açılması ilə bağlı planımız var”.
Rasim Hacıyev onu da bildirdi ki, yanvar ayından başlayaraq, mediada aktiv və intensiv reklam və təbliğata başlayacaqlar.
Qeyd edək ki, “Paris Gallery” mağazası şəhərin mərkəzində və çox rahat bir yerdə yerləşir. Belə ki, keçmiş Araz kinoteatrının yerində, Nizami küçəsi ilə yanaşı olan İslam Səfərli 3 ünvanında yerləşən mağaza 3 mərtəbədən ibarətdir. Mağazada “Giorgio Armani”, “Tom Ford”, “Burberry”, “Guerlain”, “Creed” kimi brendlərin ətirlərinin geniş seçimi təqdim olunub. Bakıda ilk dəfə təqdim olunmuş “Amorino”, “Cupid”, “Music de Parfum”,” Blend oud”, “Nasamat”, “Mood”, “Perfume Treasure” kimi eksklüziv və digər brendləri tapmaq mümkündür. Qeyri-adi və möhtəşəm ətirlər parfümeriya pərəstişkarları üçün böyük fürsət vəd edir. Həmçinin “Clinique”, “Estee Lauder”, “Lancome”, “Sisley”, “Yves Saint Laurent” və “Elemis” kimi aparıcı brendlərin klassik elit kosmetikasının təqdimatı da ayrıca cəlbedicidir. “Paris Gallery” mağazası ən yaxşı dünya brendlərindən ən son mövsümi kolleksiyaların dəbli aksessuarlarını və zərif saatlarını təqdim edir.
Frame.az