CinemaEventsTəqdimat

Park Cinema-da “Evdə Qalmış” filminin imza günü keçirilib

21 fevral Park Bulvar-da yerləşən Park Cinema kinoteatrında “Evdə qalmış” filminin imza günü keçirildi.

Tədbirdə filmin rejissoru Valeh Əhmədov, baş rol ifaçıları Xalq artisti Həmidə Ömərova, aktyorlar Şəhriyar Əbilov, Sanura Cəfərova, Kənan Yusifov, Nigar Əhmədova və Elçin Məmmədli iştirak edib. Onlar izləyicilərlə görüşüb filmi müzakirə etdikdən sonra, birlikdə ekran işini izləyiblər. 

Qeyd edək ki, filmin növbəti imza günü 28 fevral tarixində Metro Park AVM-də keçiriləcək.

Filmdə əsl sevgini axtaran qəhrəmanlar valideynlərinin məcburiyyəti ilə 30 yaşına qədər evlənməlidir. Qonşunun, qohum-əqrəbanın “Evdə qalmısan?”, “A bala nə vaxt tərpənirsən?” kimi suallarından bezən gənclər evlənmək istəməsələr də, hadisələr onları qarşılaşdırır.

Bilet əldə etmək istəyənlər Park Cinema kassalarına yaxınlaşa və ya www.parkcinema.az saytına keçid edə bilərlər. 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!