Çoxdan bəri gözlənilən ilin qorxu filmlərindən biri – “O 2”nin bağlı nümayişi “Park Cinema”da filmin əsl ab-havasına uyğun keçirildi. Nümayişin əsas personajı, Stiven Kinqin hekayələrində uşaq qatili kimi təqdim etdiyi kloun Pennivayzın özü oldu. Bu dəfə də “Park Cinema” yenidən öz qonaqlarını təəccübləndirdi, onlara canlı yayımda kvestdən – kinoteatrın ərazisində kvestrum “Phantom” tərəfdən xüsusi olaraq qurulmuş otaqdan keçməyi təklif etdi.
Qonaqlar LyubaLive layihəsinin aparıcısı Lyubov Morqunova tərəfindən aparılan püşkatma ilə seçildi. Məhz popkorn üçün qutudan aktrisa və prodüser Zəhra Bədəlbəylinin, aktyor Tamerlan İmanovun, “Nə? Harada Nə vaxt?” elit klubunun kapitanı Lalə Babayevanın və irisbounty adlı bloqerin adlarını çıxardı. Məlum oldu ki, püşkatma sadəcə Lyuba tərəfindən qurama idi ki, məhz bu qonaqlar həmin otağa düşməli idilər. Bütün kvestin gözlənilən dəyişikliklərini tamaşaçılar filmdən əvvəl böyük IMAX ekranında izlədilər.
Press nümayişin video versiyası tez bir vaxtda “Park Cinema”nın Youtube-dakı kanalında olacaq, kvest isə LyubaLive-in növbəti buraxılışının tərkib hissəsi kimi təqdim ediləcək.
“O 2” filmi press nümayişdən dərhal sonra IMAX-da start götürdü, bu gün onu IMAX-da, sabahdan etibarən isə “Park Cinema”nın Kinoteatrlar Şəbəkəsində izləmək mümkün olacaq.
Frame.az