CinemaEventsTəqdimatƏyləncə

“Park Cinema”da uşaq evinin sakinləri üçün xüsusi nümayiş keçirilib

2 avqust Milli Kino günü münasibətilə “Park Cinema Aygün Mall” kinoteatrında “Ümid yeri” qadın və uşaq sığınacağının balaca sakinləri üçün “Super ev heyvanları” cizgi filminin qapalı nümayişi keçirilib.
Nümayişdə 50-ə yaxın uşaq və media nümayəndələri iştirak edib. Balacaları əyləndirmək üçün xüsusi proqram hazırlanıb.
“Milli kino gününü – kino sahəsində çalışan hər kəs,  həmçinin “Park Cinema” ailəsi bayram qeyd edir. Qərara gəldik ki, bu özəl günü “Ümid yeri” qadın və uşaq sığınacağının balaca üzvləri ilə qeyd edək ki, bu gün onların da yaddaşında qalsın. Yeri gəlmişkən, artıq bu cür tədbirləri ənənə halına çevirəcəyik”, – deyə “Park Cinema”nın PR meneceri Sabina Bağırova bildirib.
Azərbaycan kinosu bu il 124-cü ildönümünü qeyd edir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!