CinemaMüsabiqələrTəqdimatƏyləncə

“Park Cinema”“Oskar” müsabiqəsinin qaliblərini mükafatlandırdı

“Park Cinema” kinoteatrlar şəbəkəsi Facebook səhifəsində keçirilmiş müsabiqəsinin qaliblərini mükafatlandırdı. Yeddi nominasiyadan altısının qalibini düz tapan iki iştirakçı – Fəqan Eyvazov və Humay Fətullayeva və püşk yolu ilə beş qalibinin adını yazan Oleq Şaxmatov hərəsi 50 AZN-lik bonus kartı əldə etdi və indi şəbəkənin endirim proqramından istifadə edə bilər.

“Oskar” – kinoindustriyanın ən vacib hadisəsidir, və biz istəyirdik ki, bizim abunəçilərimiz təxminlərdə öz güclərini yoxlaya bilsin. “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı kişi rolu”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı ikincidərəcəli kişi rolu”, “Ən yaxşı ikincidərəcəli qadın rolu” və “Ən yaxşı xarici film” nominasiyalarını seçdik. Əfsuslar olsun, 7-dən 7-ni tapan olmadı”, – “Park Cinema”nın piar-meneceri Rüstəm Fətəliyev deyə bildirib.

“İl ərzində biz “Oskar” mükafatına nominant olan filmlərini nümayiş etdirdik: “Bohem nəğməsi”, “Hakimiyyət”, “Van Qoq: əbədiyyatın astanasında”, “Ulduz doğulub”, “Kapernaum”, “Soyuq müharibə”, “Hörümcək-adam: kainata doğru” – Fətəliyev deyib.

Onun sözlərinə görə, “Park Cinema”nın sosial şəbəkələrdə keçirilən müsabiqələr davam edəcək. “Hal hazırda “Kral korqisi” filminə həsr olunmuş müsabiqə keçirilir. Onun qalibləri bu cizgi filmə biletlər əldə edəcək”.

“Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var.

“Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.

Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!