Frame.az xəbər verir ki, “Park Cinema” Kinoteatrlar Şəbəkəsi kult rejissor Kventin Tarantinonun (“Kriminal qiraət”, “Şərəfsiz əclaflar”, “Canqo”) 9-cu filmi olacaq “Bir dəfə Hollivudda” filminin bilet satışına başlayıb. Filmdə baş rolları Leonardo Di Kaprio (“Titanik”, “Uoll-strit qurdu”, “Bacarsan tut məni”), Bred Pitt (“Döyüşçü klubu”, “Şərəfsiz əclaflar”, “Oxuyandan sonra yandır”) və Marqo Robbi (“Terminal”, “Uoll-Strit qurdu”, “Özünü sui-qəsdçilər komandası”) ifa edib. Ulduz cəbbəxanasını Kurt Rassel, Al Paçino, Lyuk Perri, Dakota Fenninq və başqaları dolduracaqlar.
Filmdəki hadisələr Hollivudda, 1969-cu ildə, “Qızıl əsrin” doğuşunda baş verir. Süjet xəttinə görə məşhur TV aktyoru Rik Dalton və onun dublyoru Kliff But kəskin şəkildə dəyişən kinosənayesində öz yerlərini tapmağa çalışırlar. Tarantinonun özü “Bir dəfə Holluvudda”-nı Los-Angelesə sevgi odası adlandırır və etiraf edir ki, ssenari üzərində beş il çalışıb.
Tarantinonun sözlərinə görə, “Pitt-Di Kaprio dueti Robert Redford və Pol Nyumenin vaxtından Hollivudun dinamik və ən həyəcanlı tandemidir” hesab edilir. Pitt və Di Kaprionun birlikdə işləmək o qədər xoşlarına gəlib ki, Kann Festivalındakı premyeradan sonra etiraf ediblər ki, yenidən birlikdə çəkilmək istəyirlər.
Yeri gəlmişkən, filmin tam ssenarisini Pitt və Di Kapriodan savayı heç kim oxumamışdı. Onlar Tarantinonun evinə gəlmiş, Tarantino hər birinə bir nüsxə təqdim etmiş, oxuduqdan sonra isə geri almışdı. Sonra aktyorlara yalnız öz hissələri təqdim edilmişdi. Filmdə Hollivud prodüseri Al Paçinonun peyda olması isə Tarantinonun şəxsi istəyi idi. “Mən Marvin Şvarts rolunu məxsusi olaraq Al Paçinoya yazmışdım və başqa heç kimi görmürdüm” – Karantini belə demişdi.
Yeri gəlmişkən, filmin tam ssenarisini Pitt və Di Kapriodan savayı heç kim oxumamışdı. Onlar Tarantinonun evinə gəlmiş, Tarantino hər birinə bir nüsxə təqdim etmiş, oxuduqdan sonra isə geri almışdı. Sonra aktyorlara yalnız öz hissələri təqdim edilmişdi. Filmdə Hollivud prodüseri Al Paçinonun peyda olması isə Tarantinonun şəxsi istəyi idi. “Mən Marvin Şvarç rolunu məxsusi olaraq Al Paçinoya yazmışdım və başqa heç kimi görmürdüm” – Tarantino belə demişdi.
“Bir dəfə Hollivudda” filmi “Park Cinema Flame Towers” kinoteatrında yerləşən Azərbaycanın yeganə IMAX zalında nümayiş olunacaq. Biletləri tamaşaçılar “Park Cinema” Kinoteatrlar Şəbəkəsinin rəsmi saytından (www.parkcinema.az), İOS və Android tətbiqlərindən, eləcə də “Park Cinema Flame Towers”-dən əldə edə bilərlər. Qeyd edək ki, “Park Cinema” Kinoteatrlar Şəbəkəsində həmçinin “Tələbə tarifi” mövcuddur, hər çərşənbə axşamı isə biletlərin 50% güzəştlə satıldığı Super Günlər keçirilir.