PAŞA Sığorta müştəriləri artıq sığorta məlumatlarını “Sığorta Kabinetim”də görəcək!

PAŞA Sığorta müştərilərin sığorta məlumatlarını daha aydın görə bilməsi üçün “Sığorta Kabinetim” adlı yeni platformasını təqdim edir.

Müasir funksionallığı ilə fərqlənən yeni platforma müştərilərə sığorta məlumatlarını bir ünvandan rahatlıqla əldə etmək imkanı verir. İnnovativ platforma vasitəsilə müştərilərimiz öz aktiv və qeyri-aktiv şəhadətnamələri haqqında məlumat əldə edə, əməkdaşlıq etdiyimiz aptek, klinikaların ünvanını öyrənə, həkim müayinəsinə yazıla və avtomobillərinin təmir prosesini izləyə bilərlər.

“Sığorta Kabinetim” platforması ilə daha yaxından tanış olmaq və mövcud məlumatları görə bilmək üçün PASHA Insurance online (pasha-insurance.az) keçidi vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.

Həmçinin, ASAN Login vasitəsilə platformada sadə qaydada qeydiyyatdan keçmək mümkündür.

Platforma haqqında məlumat əldə etmək, suallarınıza cavab tapmaq üçün PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: