PAŞA Sığorta şəhid və qazi xanımlarının inkişafı və sosial rifahının artırılması üçün layihə həyata keçirdi!

Qadınlar arasında sahibkarlığın inkişafı cəmiyyətin də bütövlükdə inkişafına təsir edir. Bunu nəzərə alaraq PAŞA Sığorta şirkəti PAŞA Holdinqin dəstəyi və “GİD CSR Consulting” şirkətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhid və qazilərinin xanımları üçün “Ana Sahibkar” adlı korporativ sosial məsuliyyət layihəsinə start verib. 

Layihənin təşkil olunmasında əsas məqsəd İkinci Qarabağ müharibəsi şəhid və qazilərimizin  xanımları  üçün sahibkarlıq fəaliyyətinə, eyni zamanda, bu sahədə bilik və bacarıqların artırılmasına, dəstək verməkdir. Həmçinin, ölkədə qadınlar arasında məşğulluğun artırılması və qadınların cəmiyyətdəki rolunun qüvvətləndirilməsi də layihənin uğur göstəricilərindən hesab edilir.

Aprel ayından dekabr ayınadək davam edən layihədə  iştirak edən 26 qadın üçün ofis proqramlarının əsası, kommunikasiya bacarıqları, vaxtın idarə edilməsi, sosial media marketinqi, satış, sahibkarlıq və əmək məcəlləsinin əsasları kimi mövzuları əhatə edən təlimlər təşkil edilib. Təlimlərdə ölkəmizdə uğur qazanmış sahibkar qadınlar, psixoloqlar, peşəkar təlimçilər iştirak edərək 10 fərqli mövzuda öz bilik və təcrübələrini iştirakçılarla paylaşıb. Təlimlərdə Elnara Naxmedova, Ruhi Əliyeva kimi qadın sahibkarlar, Şəbnəm Səfərova , Asif Sadıqov, Leyla Cəfərli, Nərgiz Süleymanlı, Aylar Abid, Arzu Xəlilova və Adil Abdullayev  kimi peşəkar təlimçilər yer alıb.

Layihənin yekununda 5 xanım dərzilik kurslarını bitirərək fəaliyyətə  başlamışdır.                                                                                                   

Bundan əlavə, 11 xanım İT kursunu, 2 xanım kosmetologiya kursunu, 1 xanım insan resurslarının idarəolunması kursunu bitirmiş, 1 xanım isə sahibkarlıq fəaliyyətinə başlamışdır. Layihədə uğurla iştirak etmiş bir çox xanım hazırda fərqli sahələrdə çalışır.

21 dekabr tarixində isə “Ana Sahibkar” layihəsinin yekun hesabat tədbiri baş tutub.Tədbirdə layihə iştirakçıları ilə yanaşı, təlimçilər, PAŞA Holding və PAŞA Sığorta şirkətinin rəsmiləri, “GİD CSR Consulting” şirkətinin əməkdaşları, həmçinin media nümayəndələri də iştirak edib. 

Bu layihə xanımların arzuladıqları işə sahib olmaq, ailələrinə və övladlarına vaxt ayırmaq kimi vacib məsələləri bir arada birləşdirmək üçün fürsət yaradır. Layihə eyni zamanda, qadınlar üçün yeni peşə, büdcə planlaşdırılması, biznes idarəçiliyi və yeni biznesin qurulması üçün tələb olunan digər bacarıqlarla bağlı təlim imkanları yaratmaqla onların iqtisadi səlahiyyətlərinin artırılmasına, maliyyə müstəqilliyinin təmin edilməsinə və ən əsası layihə sonu işlə təmin olmasına dəstək göstərib.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: