PAŞA Sığorta şirkəti ağacəkmə aksiyası təşkil edib
Qala qəsəbəsində baş tutmuş ekoloji tədbirdə PAŞA Sığorta şirkətinin bir qrup könüllü əməkdaşı, həmçinin “Yaşıl Bakı” sığortasını əldə etmiş müştərilərin iştirakı ilə 150-dən çox ağac əkilib.“Yaşıl Bakı” əmlak sığortası məhsulu şəhərimizin yaşıllaşdırılmasına töhfə verən unikal bir sığorta məhsuludur. Bu sığortanı əldə etməklə müştərilər həm əmlaklarını sığortalaya, həm də doğma şəhərimizə ağac hədiyyə edə bilərlər. Bakıya ağac hədiyyə edən hər bir müştəriyə sertifikat təqdim edilmişdir.
Qeyd edək ki, “Yaşıl Bakı” daşınmaz və daşınar əmlakın icbari və könüllü sığorta məhsuludur. Çinar, Cökə və Zeytun paketlərindən ibarət olan bu məhsulun əsas özəlliyi hər üç paketin tariflərinin öncədən müəyyən olunmasıdır ki, bu da hər kəsə özünə uyğun sığorta paketi seçimi etməyə imkan verir. Belə ki, Çinar paketinin sığorta haqqı 99 AZN, Cökə paketinin 149 AZN, Zeytun paketinin isə 199 AZN təşkil edir. Paketlər bir-birindən təminat şərtlərinə görə fərqlənir.
Bununla yanaşı, “Yaşıl Bakı” məhsulu əldə edilən zaman PAŞA Sığorta əməkdaşları tərəfindən paketlərin adına və sayına uyğun olaraq paytaxtın öncədən müəyyən olunmuş yerlərində ağaclar əkilir. Beləliklə, bu məhsulu əldə edən hər kəsin Bakının yaşıllaşmasında bir töhfəsi olacaqdır.
“Yaşıl Bakı” sığortası barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: https://www.pasha-insurance.az/az/products-and-services/individual-insurance/property-insurance/green-baku/plane
Qeyd edək ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətidir.