Site icon Frame.az

PAŞA Sığortadan hədiyyəli yeni kampaniya!

PAŞA Sığorta avtomobil və ya tibbi sığorta alan şəxslərə əmlak sığortası məhsulunu hədiyyə edir. Daim müştərilərinin istəklərini nəzərə alan PAŞA Sığorta bu dəfə də yeni kampaniyaya start verir. Belə ki, yeni “Aldım bir, açdım iki sığorta” kampaniyası çərçivəsində Optimal KASKO, SağlamSən və ya Ailə Dostu könüllü tibbi sığorta məhsullarından birini əldə edən müştərilərə Yaxın Qonşu könüllü əmlak sığorta məhsulu üzrə vauçerlərhədiyyə olunacaq. Hədiyyə vauçeri əldə edən müştərilər Yaxın Qonşu məhsulunu özü əldə edəvə ya yaxınlarına hədiyyə edə bilərlər. Qeyd edək ki, kampaniya 21 mart tarixinədək davam edəcək.

Yaxın Qonşu könüllü əmlak sığortası məhsulu əldə edən müştərilər su borularından axan suyun, buxarın, mayelərin, həmçinin yanğının qonşunun evinə və ya səhhətinə vurduğu zərər kimi sığorta risklərinə qarşı 5000 AZN təminat əldə edəcəklər.

Kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya və ya  https://bit.ly/3AlvQML, https://bit.ly/Optimal_KASKOkeçidləri vasitəsilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq da müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 

Exit mobile version