Frame LifeSağlamlıqSosialTəqdimat

Pasiyent Təşkilatlarının II Respublika Forumu keçirilib

Pasiyent Təşkilatları İttifaqının təşkilatçılığı ilə Pasiyent Təşkilatlarının II Respublika Forumu keçirilib.

Forumda dövlət qurumlarının rəsmiləri, pasiyent təşkilatları, media, ictimai liderlər və həkimlər iştirak ediblər.

Forumda Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov Pasiyent hüquqlarının təkmilləşdirilməsinə dair hazırlanan Bəyannamə haqqında məlumat verib və onun vacibliyini xüsusi vurğulayıb. Daha sonra forum Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Nelli Veysova, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Nehmət Rəhmanov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayevin çıxışları ilə davam edib.

BDU-nun professoru, hüquq üzrə elmlər doktoru “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri Mayis Əliyev çıxışı zamanı pasiyent hüquqlarının təkmilləşdirilməsinin vacibliyini vurğulayıb və ətraflı şəkildə bu mövzu haqqında məlumat verib.

Daha sonra Pasiyent Təşkilatları müxtəlif ağır gedişatlı infeksion və qeyri-infeksion irsi xəstəliklərdən ətraflı məlumat verərək aidiyyəti dövlət qurumlarının və medianın nəzərinə çatdırıb.

Çıxış edən Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov, “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova, “Azərbaycan Diabet Liqası” İctimai Birliyinin sədr müavini Səriyyə Ağayeva, “Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyinin sədri Səadət Bayramova, “Yaşama Dəstək” İctimai Birliyinin sədri Elgül Hüseynquliyeva, “Talassemiya və digər Hemoqlobinopatiyalar” İctimai Birliyinin sədri İlahə Həsənli, “Spinal Muskulyar Atrofiyaya Qarşı Mübarizə” İctimai Birliyinin sədri Səməd Həsənli, “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyinin sədri Çingiz Ramazanlı Pasiyent Təşkilatları II Respublika Forumunun məqsədi barədə məlumat verib, pasiyent təşkilatları ilə dövlət qurumlarının əməkdaşlığının möhkəmlənməsi, mövcud çətinliklər haqqında məlumatın verilməsi və gələcəyə olan fəaliyyət istiqamətləri barədə haqqında bəhs ediblər.

Forumun sonunda rəsmilərin iştirakı ilə debatlar keçirilib, bir çox vacib suallara aydınlıq gətirilib.

Qeyd edək ki, Ombudsman tərəfindən elan olunmuş 18 may – 18 iyun “İnsan Hüquqları Aylığı” çağırışına Pasiyent Təşkilatları İttifaqı dəstək verir!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!