Paytaxt sakinləri arasında idman festivalı keçirilib

Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Böyükşor parkının ərazisində paytaxt sakinləri arasında idman festivalı keçirilib.

Kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.

Festivalda musiqi sədaları altında taekvondo, karate, kapoeyra və sair idman növlərindən nümunəvi çıxışlar edilib və atletika, kəndirdartma, tir atıcılığı, darts üzrə yarışlar təşkil olunub.

Tədbirdə BŞGİBİ-nin rəisi Raqif Abbasov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova, ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov iştirak ediblər.

Müxtəlif idman növləri və proqramlar üzrə normativləri yerinə yetirən iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

İdman festivalı paytaxt sakinlərinin böyük marağına səbəb olub.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: