SosialƏn SonƏn Son

Paytaxtda insanların sıx toplaşdığı ərazilərdə dezinfeksiya işləri həyata keçirilir

Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən koronavirus pandemiyasının Azərbaycanda yayılmaması məqsədilə paytaxtda gün ərzində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

İcra Hakimiyyətindən  bildirilib ki, dezinfeksiya edilən ərazilərə parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı, insanların sıx toplaşdığı ərazilər də daxildir. Bu ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir. Dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!