Site icon Frame.az

“Pirelli” şirkəti Formula 1 Azərbaycan Qran-Prisi üçün təkər seçimini elan edib

“Pirelli” şirkəti Formula 1 üzrə dünya çempionatının yeni mövsümü üçün təkər seçimini elan edib.

Frame.az xəbər verir ki, keçən illə müqayisədə dəyişiklik olmayıb. Lakin Bakı və Braziliyaya 2019-cu ilə nisbətən daha yumşaq təkərlər gətiriləcək. Pilotlar hər mərhələ üçün iki “Hard”, üç “Medium”, səkkiz “Soft” dəsti alacaqlar.

“Pirelli” və Beynəlxalq Avtomobil Federasiyası (FIA) şərtlər tələb edərsə, yarışa 15 gün qalmış seçimi dəyişdirmək hüququnu özündə saxlayır. “Pirelli” şirkətinin idman direktoru Mario İzola qeyd edib ki, təkər seçimi 2020-ci ildə keçirilməyən mərhələlər və ya əvvəlkilərlə müqayisədə oxşardır. Bu da komandalara kömək edəcək. Lakin iki istisna var. Belə ki, Azərbaycan Qran-Prisində “Hard” adlanan C2 tərkibli şinlərdən istifadə edilmədiyi üçün bu dəfə daha yumşaq C3, C4, C5 tərkibli şinlər seçilib. Braziliyada isə C2, C3, C4 şinlərindən istifadə ediləcək.

Exit mobile version