Bizim AşpazDünya MətbəxiLəzzətli BölümTəqdimat

Pizza sevərlərə Xüsusi Qayıq Pizza resepti

Son günlər dünyada baş verən məlum hadisələrdən dolayı insanlara evdə qalmaq tövsiyyə olunub.

Ustamız Elvin sizə ailəliklə yeyə biləcəyiniz, çox asanlıqla başa gələn xüsusi pizza reseptini təqdim edir.

Pizza üçün lazım olan ingridiyentlər bunlardır.

Resept –

Xəmir- 350 gr un

1 çay qaşığı şəkər tozu

4/1 çay qaşığı duz

1 çay qaşığı zeytun yağı

1 çay qaşığı quru maya

Tərkibi-

1 ədəd Toyuq filesi

1 diş sarımsaq

2 xörək qaşığı qaymaq

Kərə yağı

Mozarella pendiri

150 ml Pizza Sousu ( Konservləşdirilmiş Pomidor, yaşıl Reyhan , parmezan pendiri )

1 xörək qaşığı Xama

1 ədəd kiçik qırmızı soğan

1 xörək qaşığı konservləşdirilmiş qarğıdalı

Üzəri üçün qarışım

2/1 çay qaşığı zeytun yağı

1 xörək qaşığı soya sousu

Bişmə müddəti 15 – 18 dəqiqə

Hazırlanma qaydası-

Öncədən Toyuq filesini sarımsaq , duz, istiot ilə marina edirsiz daha sonra yapışmayan tavada qayamqla birgə qovurursunuz. Xəmiri dəmir və yaxud taxta listə qayıq formasında sərdikdən sonra üzərinə Xama Çəkirik və Pizza sousunu, daha sonra Mozarella pendiri ve əvəlcədən hazırladığımız toyuqu əlavə edirik.

Sonra qayıqın orta hissəsinə soğanımızı kənarlara isə konservləşdirilmiş qarğıdalı əlavə edirik və 200 dərəcə qızdırılmış sobamıza qoyuruq.

15 dəqiqə bişirdikdən sonra çıxarıb üzəri üçün hazırladıqımız zeytun yağı və soya sous qarışımını əlavə edirik, yenidən 2-3 dəqiqə bişiririk .

Nuş Olsun!

Elvin Məmmədov Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!