Site icon Frame.az

“PREMA Racing” komandasının pilotu qalib olub

“PREMA Racing” komandasının pilotu monakolu Şarl Lekler Bakıda Formula-2 üzrə birinci yarışın (7-ci mərhələ) qalibi olub.

Frame.az xəbər verir ki, Ş.Lekler 1 dəqiqə 54,025 saniyə göstərici ilə bütün rəqiblərini qabaqlayıb. “Rapax” komandasının pilotu Nik de Vris yarışı ikinci, DAMS-ın kanadalı sürücüsü Nikolas Latifi isə üçüncü pillədə başa vurublar.

Yarış başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Kubokları pilotlara Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Mədət Quliyev, Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev təqdim ediblər.

Birinci yarışda 10 komanda birincilik uğrunda mübarizə aparıb. Hər komandanı iki pilot təmsil edib. Birinci yarış 29 dövrə və ya 60 dəqiqə davam edib.

Formula-2-nin ikinci yarışı (8-ci mərhələ) iyunun 25-də saat 14:00-da başlayacaq. Sonuncu yarış 12 dövrə və ya 45 dəqiqə davam edəcək.

Exit mobile version