“Atəşgah” Sığorta Şirkəti Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələri ilə görüş keçirib

“Atəşgah” Sığorta  Şirkəti mətbuatımızın yaranmasının 147-ci ili, Milli Mətbuat və Jurnalistika Günü münasibətilə 21 iyul tarixində jurnalist və mətbuat nümayəndələri üçün tədbir – korporativ səhər yeməyi həyata keçirib.

Şəhərimizin gözəl məkanlarından birində baş tutan tədbirdə “Atəşgah” SŞ nümayəndələri və müxtəlif xəbər portalları, media qurumlarının nümayəndələri iştirak edib.

Görüş zamanı “Atəşgah” SŞ nümayəndələri Şirkət fəaliyyəti, media ilə əməkdaşlığın nəticələri, təsirləri və s. ilə bağlı müzakirələr aparıb. Sonda media nümayəndələrinə hədiyyələr təqdim olunmuş və xatirə fotosu çəkilib.

Sığorta bazarının lider şirkətlərindən olan “Atəşgah” SŞ bütün media nümayəndələrini təbrik edərək Şirkətin fəaliyyəti, baş verən yeniliklər haqqında əhaliyə obyektiv və operativ məlumat çatdırdıqları, məsuliyyətli peşələrini layiqincə icra etdikləri üçün minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: