FutbolIdman

PSJ “Borussiya Dortmund”u məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb

Martın 11-də UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin növbəti cavab görüşü keçirilib.

Frame.az xəbər verir ki, mərhələnin maraq doğuran görüşü Fransada baş tutub. PSJ klubu öz meydanında Almaniyanın “Borussiya Dortmund” komandasını qəbul edib. İlk görüşdə səfərdə 2:1 hesabı məğlub olan parislilər ilk dəqiqələrdən rəqibin qapısı qarşısında təhlükəli vəziyyətlər yaradıblar. Qarşılaşmanın 28-ci dəqiqəsində PSJ hesabı açmağa nail olub. Neymar Di Mariyanın ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Birinci hissəyə əlavə olunmuş dəqiqələrdə meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıblar. Xuan Bernat adını tabloya yazdırıb.

Qarşılaşmanın ikinci hissəsində hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Beləliklə, PSJ iki oyunun nəticəsinə əsasən dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!