PubG Mobile oyunu üzrə beynəlxalq turnirə qeydiyyat başladı

Red Bull M.E.O. 2022 turnirinə qeydiyyat noyabrın 16-dan etibarən açıq elan olunub. Azərbaycanda ən böyük “PUBG Mobile” oyunu üzrə turnir artıq 5-ci mövsümünə start verdi. İştirak etmək istəyənlər komandalar yaradaraq qeydiyyatdan keçə bilərlər. Turnirin sonunda ölkənin ən yaxşı komandası bəlli olacaq.

Turnir üç mərhələdən ibarətdir. 12-16 dekabr seçmə mərhələ, 17 dekabr yarımfinal, 18 dekabr tarixində isə final mərhələsi keçiriləcək. Online turnirdə qalib olacaq komanda 5000 AZN dəyərində mükafat əldə edəcək. İlk 3 yerin sahibi Avropa üzrə Regional Red Bull M.E.O. finalında Azərbaycanı təmsil etmək hüququnu qazanacaq.

Cəldlik və diqqət tələb edən oyunda daim irəliləmək və hədəfə çevrilməmək şərtdir. 4 nəfərdən ibarət komandalar realistik məkanlarla zəngin olan mərhələləri keçməklə rəqiblərini üstələməlidirlər.

Red Bull M.E.O. 2022 turnirdə 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları iştirak edə bilər. Yarışda iştirak edən oyunçuların turnir boyu Azərbaycan ərazisində olması mütləqdir.

İştirak ödənişsizdir.

Qeyd edək ki, hazırda PubG Mobile dünyanın ən çox gəlir gətirən mobil oyunlarından biridir. 7 dünya rekorduna imza atan oyun adını Ginnesin Rekordlar Kitabına yazdırmağı bacarıb. Təkcə ötən il bu oyun 32 milyondan çox gəlir gətirib və aktiv oyunçularının sayı hazırda 32 milyondan çoxdur.

Qeydiyyat: Red Bull M.E.O. Azerbaijan 2022

Daha ətraflı: WWW.REDBULL.AZ/MEO

Oynayır hamı, qalib gəlir biri! Turnirə qoşul və 5000 AZN pul mükafatı qazanmaqla ən yaxşı PubG Mobile üzrə Red Bull M.E.O. 2022 komandası kimi Azərbaycanı beynəlxalq turnirdə təmsil et.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: