Baku City CircuitFormula 1Idman

Pyer Qasli Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşündə mübarizəni dayandırıb

“Alpine” komandasının pilotu Pyer Qasli Formula 1 Azərbaycan Qran-Prisinin sərbəst yürüşündə mübarizəni dayandırıb.

Pilotun bolidi yanaraq alışdığı üçün yürüşü dayandırmaq məcburiyyətində qalıb. Hazırda yarışda müvəqqəti fasilə yaranıb və qırmızı bayraq qaldırılıb. Belə ki, P.Qaslinin bolidi trekdən kənarlaşdırılır.

Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.

Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!