AirnewsIqtisadiyyatSəyahətTurizmTəqdimat

Qəbələ və Moskva arasında birbaşa hava əlaqəsi açılıb

2022-ci ilin yeni marşrut şəbəkəsi çərçivəsində Qəbələ və Moskvanı birləşdirən yeni müntəzəm aviareys açılıb.

 

Nordwind aviaşirkəti 189 sərnişin oturacağı olan Boeing 737-800 təyyarəsində Moskvanın Şeremetyevo hava limanından Qəbələyə ilk reys yerinə yetirib. Uçuş 3 saat davam edib.

 

Moskva-Qəbələ-Moskva marşrutu üzrə müntəzəm reys həftədə bir dəfə – bazar günləri həyata keçiriləcək. Yerli vaxtla saat 4:10 dəqiqədə təyyarə Qəbələdə enəcək, saat 5:20 dəqiqədə Rusiya paytaxtına qayıtmaq üçün havaya qalxacaq.

 

Bütün beynəlxalq norma və tələblərə cavab verən Qəbələ beynəlxalq hava limanı istənilən tip hava gəmisini qəbul etməyə qadirdir.

 

Qəbələ-Bakı reysi barədə videoçarxla burada tanış olmaq mümkündür:

https://youtu.be/LSHm_q7S99g

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!