“Qəbələ” yoxlama oyununda “Səbail”i minimal hesabla məğlub edib

Region təmsilçisi olan “Qəbələ” futbol klubu milli komandaların matçları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirir.

Bakıda təşkil olunan hazırlıq çərçivəsində “Qəbələ” “Səbail” klubu ilə yoxlama oyununda qüvvəsini sınayıb.

Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçirilən görüş “Qəbələ”nin qələbəsi ilə başa çatıb – 1:0.

Qarşılaşmada yeganə qolu Nikolas Raysel vurub. O, 75-ci dəqiqədə onbirmetrlik cərimə zərbəsində fərqlənib.

Qeyd edək ki, Azərbaycan çempionatının birinci turunda “Qəbələ” doğma meydanda “Zirə” ilə heç-heç edib(1:1), “Səbail” isə səfərdə “Neftçi”yə uduzub (2:1).

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: