EventsTəqdimat

Qadınlar arasında breyn-rinq yarışı keçiriləcək

Mart ayında “Excelsior Otel & Spa Baku” otelində qadınlar arasında breyn-rinq yarışı keçiriləcək. Oyunu  “Parlaq zəka” verilişinin aparıcısı Aydın Piriyev aparacaq.   Oyun Beynəlxalq Qadınlar gününə həsr olunduğuna görə, yarışın gedişi zamanı Azərbaycanın görkəmli qadınları ilə bağlı suallar səsləndiriləcək.  Breyn-rinqin qaliblərinə sertifikatlar təqdim olunacaq.

“AtaHolding” ASC-nin Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tədbir haqqında qeyd etmişdir ki, “İntellektual səviyyənin yüksəldilməsinə yönəlmiş layihələrə dəstək “AtaHolding” Şirkətlər Qrupunun daimi ənənəsinə çevrilmişdir. Qadınlar arasında breyn-rinqin keçirilməsi ilə biz onlar üçün qeyri-rəsmi ünsiyyətin bayram atmosferi yaratmaq və eyni zamanda faydalı istirahət təşkil etməyə çalışmışıq”.

“Excelsior Otel & Spa Baku” oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. Oteldə 1 “İmperial” kral otagi, 2 “Royal” suit otaq, 4 “Crown” suit otaq, 45 “Heritage” lüks otaq ve 9 “Duke” standart otaq, konfrans zalları, biznes mərkəzi, restoran və barlar və şəhərin ən gözəl və böyük Spa və sağlamlıq mərkəzi var. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!