Oxu zalıTəqdimat

“Qandinin liderlik fəlsəfəsi” təqdim olunacaq

Milli Fikir Mərkəzi tərəfindən Azərbaycanda ilk dəfə məşhur filosof Dhirenda Mohan Dattanın Mahatma Qandi haqqında yazdığı kitab tərcümə olunub.

Kitabda Hindistanın ruhani və siyasi lideri olan Mahatma Qandinin həyat və yaradıcılıq fəlsəfəsi, yazdığı kitablar, Hindistanın azadlığı üçün başlatdığı hərəkata ruhani baxış və liderlik xüsusiyyətləri barədə məlumatlar yer alır.
Kitabın ikinci hissəsi isə Mahatma Qandinin müxtəlif qəzetlərdə və kitablarında yazdığı məqalələrdən ibarətdir.

Qeyd edək ki, Kitabıstan yayınları tərəfindən nəşr olunan “Qandinin liderlik fəlsəfəsi” Etatizm Akademiyası seriyasında üçüncü kitabdır.

Kitabın təqdimatı aprelin 29-da saat 14.00-da Milli Fikir Mərkəzinin ofisində keçiriləcək.

Kitabın qiyməti 6 AZN-dir.
Ünvan: Əlövsət Quliyev küçəsi 79, m. 8 (Tarqovuda yerləşən McDonalds-ın qarşısı). Əlaqə: 070 537 21 84.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!