IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Qarabağ Dirçəliş Fonduna “İmprotex” tərəfindən ianə edilən yeni texnika Şuşa Qoruğuna təhvil verilib

Aprelin 17-də Qarabağ Dirçəliş Fonduna “İmprotex” şirkətlər qrupu tərəfindən ianə edilən texnikalar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təhvil verilib.

Fonddan Frame.az-a bildiriblər ki, Qarabağ Dirçəliş Fondunun donoru olan “İmprotex” şirkətlər qrupu tərəfindən bir ədəd 10 tonluq mobil yanacaqdoldurma çəni və yanacaqdoldurma məntəqələrinin daşınması üçün bir ədəd “Hattat” markalı traktor Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev və şirkətin vitse-prezidenti Vüqar Ələkbərov tərəfindən Şuşada aparılan bərpa-quruculuq və abadlıq işlərinə töhfə vermək məqsədilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasova təhvil verilib.

Xatırladaq ki, bir müddət əvvəl “İmprotex” şirkətlər qrupu tərəfindən Fonda ianə edilən “JAC N120” şassisi üzərində quraşdırılan bir ədəd “Platepower 10” üst qurğulu tullantı daşıma avtotexnikası və həmin şirkətin istehsalı olan bir ədəd 5 tonluq mobil yanacaqdoldurma məntəqəsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təhvil verilib.

Qarabağ Dirçəliş Fondu bu gözəl təşəbbüsə görə “İmprotex” şirkətlər qrupunun rəhbərliyinə və bütün heyətinə təşəkkür edir, hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa-yenidənqurma işlərinin təşkili, sosial-iqtisadi rifahın yaxşılaşdırılması işlərinə dəstək olmağa çağırır.

Qeyd olunmalıdır ki, işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma prosesinə dəstək verilməsi üçün donorların cəlbi və ianəçilik mədəniyyətinin təşviqi Fondun fəaliyyətinin əsas istiqamətlərindəndir. Fond yarandığı gündən etibarən bir çox şirkətlər birlik nümayiş etdirərək Qarabağda aparılan bərpa və quruculuq işlərinə dəstək göstərmək məqsədilə QDF-ə ianə edib.

Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!