EventsTəqdimatƏn SonƏn Son

Qarabağ İnkişaf Forumu keçiriləcək

Martın 14-də “Karabakh is Azerbaijan” Platforması və “Azərbaycan Gənclik Platformu”nun birgə təşkilatçılığı ilə onlayn formatda Qarabağ İnkişaf Forumu keçiriləcək.

Bu barədə Frame.az-a məlumat verən “Karabakh is Azerbaijan” Platformasının təsisçisi İlkin Namazlı bildirib ki, forumda dünyada məşhur olan, hər iki Qarabağ müharibəsində fotoqraf-jurnalist kimi iştirak etmiş Reza Deqati, “CNN Türk” telekanalının müxbiri Fulya Öztürk, “Qarabağın Azərbaycan İcması” İctimai Birliyinin sədr müavini, professor Gülməmməd Məmmədov, “Böyük Orta Şərq” layihəsinin müəllifi, Qarabağ münaqişəsi ilə bağlı son 15 ildə 50-dən çox debatda iştirak etmiş politoloq Əli Hacızadə, Milli Məclisin Cəbrayıl rayonundan olan deputatı Ceyhun Məmmədov, ölkənin turizm sahəsi üzrə professional mütəxəssislərindən biri, səyyah-jurnalist Azər Qərib çıxış edəcəklər.

İki paneldən ibarət olacaq forumun məqsədi gəncləri keçmiş Qarabağ münaqişəsinin tarixi və siyasi aspektləri ilə tanış etmək, bölgənin perspektivləri barədə müzakirələr aparmaqdır.

Qarabağ İnkişaf Forumunun mütəmadi olaraq hər il keçirilməsi nəzərdə tutulur.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!